" Konkret kiməsə üstünlük verdiyimi deməzdim"
	 
	Azərbaycan yığmasının və Rusiyanın "Rubin" klubunun müdafiəçisi Ruslan Abışov Kazan təmsilçisinin rəsmi saytına müsahibə verib.
	 
	Sportal.az sizi həmin müsahibə ilə tanış edir.
	 
	- 2013-cü ildə sizin üçün ən yaddaqalan hadisə nə oldu?
	- 2013-cü ilin ən maraqlı hadisəsi mənim üçün Bakıda keçirilmiş Azərbaycan - Rusiya matçı oldu. Biz azlıqda qalsaq da, matçın sonlarında hesabı bərabərləşdirə bildik (1:1).
	 
	- 2014-cü ildən nə gözləyirsiz?
	- Daha çox oyun təcrübəsi qazanmağı və az zədə almağı.
	 
	- Yeni ildən hansı hədiyyəni gözlüyürsüz ki, onu sizə verən olmayıb?
	- "Ferrari" avtomobili.
	 
	- Son olaraq hansı ifaçının mahnılarını öz pleylistinizə əlavə etmisiz?
	- İndi dəqiq xatırlamıram. Müxtəlif müğənnilərin mahnılarına qulaq asıram. Konkret kiməsə üstünlük verdiyimi deməzdim.
                      
saytlarin hazirlanmasi