"Xəzər Lənkəran" iki futbolçunu icarəyə götürdü

00:47 - 22 Dekabr 2013

"Hərbiçilər" geri döndü
 
Vətənə borclarını vermək üçün hərbi xidmətə yollanmış “Xəzər Lənkəran” klubunun iki gənc futbolçusu Tərlan Qasımzadə və Kamran Abdullazadə doğma şəhərə dönürlər. 
 
Sportal.az xəbər verir ki, bu barədə  klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. Klub rəsmisinin bildirdiyinə görə hərbi xidmətdə ikən I dəstə təmsilçisi MOİK klubunun fomasını geyən gənc futbolçularımız “Xəzər Lənkəran”a icarəyə veriliblər. Artıq bütün sənədləşmə işləri yekunlaşmışdır və icarə əsasında “ağ-yaşıl” kluba qayıdan Kamran Abdullazadə ilə Tərlan Qasımzadə hərbi hissəni tərk etmişlər.
 
12cioyuncu.info

Xəbər xətti