"Liverpul" beş qolla qalib gəldi
	 
	İngiltərə Premyer Liqasında XXI turun görüşləri davam edir. 
	 
	Sportal.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma keçirilib.
	 
	“Mançester Siti” səfərdə “Nyukasl”la üz-üzə gəlib. Görüş qonaq komandanın 0:2 hesablı qələbəsi ilə başa çatıb.
	 
	“Liverpul” da səfərdə qələbə sevinci yaşayıb. “Qırmızılar” “Stok Siti”ni 3:5 hesabı ilə üstələyib.
	 
	Qeyd edək ki, XXI tur sabah keçiriləcək bir qarşılaşma ilə başa çatacaq.
	 
	 
	İngiltərə Premyer Liqası
	XXI tur
	12 dekabr
	 
	“Nyukasl” – “Mançester Siti”  0:2
	Qollar: Dzeko, 8, Neqredo, 90
	 
	“Stok Siti” – “Liverpul”  3:5
	Qollar: Krouç, 39, Adam, 45, Valters, 85 – Şaukross, 5 (avtoqol), Suarez,32,71, Cerrard, 51, Strurric, 87
	 
	 
	
                      
saytlarin hazirlanmasi