"Atletiko"nun baş məşqçisindən Arda Turana xoş sözlər
Arda Turan haqqında danışan "Atletiko"nun baş məşqçisi Dieqo Simione ona ilk baxışda aşiq olduğunu söyləyib.
Sportal.az xəbər verir ki, Simione Ardanın onun haqqında dediyi "Sənin üçün ürəyimi verərəm" sözlərinə cavab verib:
"Arda çox xüsusi biridir, onun böyük bir ürəyi var. İspanca danışmır. Ancaq bədən dili ilə baxışaraq bir-birimizi anlayırıq".
Simione verdiyi müsahibədə daha da irəli gedərək Arda haqqında maraqlı fikirlər səsləndirib:
"Bəzi insanlar var ki, danışmağa belə ehtiyac duymazsınız, yalnız baxarsınız. O baxış sizə hər şeyi başa salar. Əgər belə olmasaydı, ilk baxışdan eşqin nə əhəmiyyəti qalardı ki".
saytlarin hazirlanmasi