Turun mərkəzi oyunu İsmayılova tapşırıldı
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 28-ci turun oyunlarına hakimlərin təyinatı açıqlanıb.
Sportal.az sizi həmin təyinatlarla tanış edir:
27 mart (cümə axşamı)
"Sumqayıt" - AZAL
Hakimlər: Tahir Əhmədov, Hüseyn İmanov, Gülyanaq Güvəndiyeva, Xəyalə Əzizzadə.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança, 13:00.
28 mart (cümə)
"Neftçi" - "Xəzər Lənkəran"
Hakimlər: Sərxan İsmayılov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Xəlil Xəlilov.
Bakı. “Bayıl Arena”, 14:00.
"Bakı" - "Simurq"
Hakimlər: Tağı Məmmədov, Rasim Əhmədov, Hüseyn Əsgərov, Muxtar Acalov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, süni örtüklü meydança, 15:00.
29 mart (şənbə)
"İnter" - "Rəvan"
Hakimlər:Etibar Həsənov, Ülviyyə Mustafayeva, Maya Nəbiyeva, Elxan Müslümov.
Bakı. “Şəfa” stadionu, 14:00.
"Qarabağ" - "Qəbələ"
Hakimlər: Namiq Bəkirov, Samir Hacıyev, Ruslan Quliyev, Nihad Xəlilov.
Bakı. “Bayıl Arena”, 15:00.
saytlarin hazirlanmasi