5 futbolçu iynə gücünə meydanda olacaq
Premyer Liqanın 28-ci turunda “Neftçi” ilə üz-üzə gələcək “Xəzər Lənkəran” klubunun heyətlə bağlı problemləri var.
Sportal.az xəbər verir ki, komandanın 8 oyunçusunun durumu yaxşı deyil.
Zədəli Rasim Ramaldanov, həm də cəzalıdır. Bu mənada Ramaldanov böyük oyunu görməyəcək. Bununla yanaşı, Tyeqo və Tural Cəlilov da ancaq qaçmaqla kifayətlənirlər. Amma cənub klubunda problemlər bununla bitmir.
Kapitan Rahid Əmirquliyev, vitse-kapitan Elnur Abdullayev, Slavik Alxasov, Adrian Skarlatake və Deyvid Sakkoninin də durumu yaxşı deyil.Onlar “Neftçi” ilə oyuna iynə gücünə çıxacaqlar.
saytlarin hazirlanmasi