"Xəzər Lənkəran" "Böyük oyun"a hazırdır

17:36 - 28 Mart 2014

Heyətdə 3 zədəli var
 
Sabah Premyer Liqanın XXVIII turu çərçivəsində Bakıda “Neftçi”nin qonağı olacaq "Xəzər Lənkəran" hazırlığını başa vurub.
 
Sportal.az xəbər verir ki, artıq üç gündür ki,paytaxtda məskunlaşan “Xəzər Lənkəran” İdman Akademiyasının stadionunda keçirdiyi məşqləri bu gün yekunlaşdıraraq oyun saatını gözləyir.  Heyətdə Rasim Ramaldanov, Tural Cəlilov və Tyeqo do Jesusun  zədəsi  olsa da hər üç futbolçunun  komanda ilə birgə olduğunu vurğulayaq. Xatırladaq ki, “Neftçi”-“Xəzər Lənkəran” matçı sabah saat 17-də “Bakcell Arena” da start götürəcək.

Xəbər xətti