"Böyük oyun"da azarkeşlərə edilən hörmətsizlik

00:38 - 30 Mart 2014

Bileti olanlar da meydana buraxılmadı
 
Dünən Premyer Liqanın 28-ci turunda "Xəzər Lənkəran" səfərdə "Neftçi"yə minimal fərqlə məğlub oldu 1:0.
 
Sportal.az xəbər verir ki, bu oyunda diqqətimiz çəkən maraqlı hadisə olan azarkeşlərlə bağlıdır. Belə ki, AFFA-nın verdiyi qərara əsasən, bu komandalar arasında oynanılan qarşılaşmalara səfər komandasının azarkeşlərinin daxil olması qadağandır. Məsələ burasındadır ki, dünən stadiona heç "Neftçi" fanatları da buraxılmırdı. Əllərində bilet olan 3000-ə yaxın fanat toplusu stadionun girişində polis təzyiqnə məruz qaldı, hətta bir neçə nəfər polis bölməsinə aparıldı. Oyunun gedişatında "Neftçi" rəhbərliyinin məsələyə müdaxiləsindən sonra məsələ qismən öz həllini tapdı. AFFA bir an öncə stadionda polislərin azarkeşlərə rəftarına əl gəzdirməlidir, əgər belə davam etsə stadionda futgbolsevərləri görməkdə çətinlik çəkəcəyik.

Xəbər xətti