Sportal.az xəbər verir ki, "Kristal Pelas"ın çalışdırıcısı Toni Pulisin komandası apreldə 4 qələbə qazanaraq 11-ci yerə yüksəlib və premyer liqanı tərk etmək təhlükəsini üzərindən atıb.
Ayın ən yaxşı futbolçusu isə "Sanderlend"li Konnor Uikxem seçilib. 21 yaşlı forvard apreldə 5 qol vurub. O , "Çelsi" və "Mançester Siti" ilə görüşlərdə də fərqlənib.
