Fransa millisinin üzvü 3 illik müqaviləyə razılaşıb
	 
	Mövsümün sonunda "Arsenal" ilə müqaviləsi başa çatana və hal-hazırda Fransa milli komandasının DÇ-2014 heyətində olan Bakari Sanya "Mançester Siti" ilə 3 illik müqaviləyə razılıq verib. 
	 
	Sportal.az xəbər verir ki, "Şəhərlilər"in rəsmi internet saytında verilən məlumata görə, Sanya DÇ-dan sonra müqavilə imzlayacaq. 31 yaşlı futbolçu 7 mövsümdür "Arsenal"da geyindiyi 3 nömrəli formanı geyinəcək. 
                      
saytlarin hazirlanmasi