Rusiya çempionatının bombardiri Azərbaycan klubunda

11:55 - 22 Avqust 2014

"Zenit-Saratov"dan "Araz"a keçdi 

 

Futzal üzrə ölkə çempionu “Araz” heyətinə yeni futbolçu qatıb. Sportal.az Azfutzal.com saytına istinadən xəbər verir ki, UEFA kubokunun bürünc mükafatçısı Əfqan Rəhmanovla güclənib.

 

Əfqan Rəhmanov “Zenit-Saratov” klubunun şərəfini qoruyub və ötən mövsüm 30 oyuna 26 qol vuraraq Rusiya güclülər dəstəsinin bombardiri olub.

 

Qeyd edək ki, futbolçu etimadı doğrultsa, milliləşdirilərək yığma komandaya da cəlb oluna bilər. 

Xəbər xətti