Sportal.az xəbər verir ki, həlledici görüşdə son Türkiyə çempionu "Fənərbaxça" və ölkə kubokunun sahibi "Qalatasaray" komandaları üz-üzə gəlib.
Manisada keçirilən matçın əsas vaxtında qapılara qol vurulmayıb - 0:0. Əlavə vaxtda da hesab açılmayınca penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan "Fənərbaxça"lı futbolçular superkuboka sahib çıxıblar - 3:2.