Qurban Qurbanov: "Bu, matçın gedişidən asılı olacaq"

05:27 - 28 Avqust 2014

"Şansları 50-nin 50-yə görürəm"
 
Bu gün Avroliqanın "play-off" mərhələsində təmsilçimiz "Qarabağ" səfərdə "Tvente"nin qonağı olacaq.
 
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan öncə mətbuat konfransında öz fikirlərini bildirib:
 
"Yenidən burada olduğumuz üçün şadam. "Tvente" möhtəşəm stadiona və rəqibə hörmətlə yanaşan fanatik azarkeşlərə sahib bir komandadır. Ot örtüyünün də vəziyyəti yaxşıdır. Burada ilk oyundan fərqli qarşılaşma olacaq və azarkeşlər darıxmayacaq.

Müdafiə futbolu oynayacağımızı söyləyə bilmərəm. Bu, matçın gedişidən asılı olacaq. Tvente yaxşı, intizamlı və təşkilatlanmış komandadır. Xüsusilə, müdafiədə inamlı təsir bağışlayırlar. Digər tərəfdən rəqib öz meydanında oynadığı üçün üstünlüyə malikdir. Ancaq intizamlı oynasaq və səhvlər etməsək, bizim də yaxşı nəticə qazanmaq imkanımız var. Şansları 50-nin 50-yə görürəm".

Qeyd edək ki, "Tvente" - "Qarabağ" oyunu bu axşam, Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bu komandalar arasında Bakıda keçirilən oyunda hesab açılmamışdı - 0:0.

Xəbər xətti