"Trabzonspor"da ulduz futbolçu komandadan qovuldu

12:43 - 30 Avqust 2014

Fransalının müqaviləsi ləğv olundu
 
"Trabzonspor" Florent Maluda ilə yolları ayırıb.
 
Sportal.az xəbər verir ki, futbolçu ilə müqavilə qarşılıqlı ləğv olunub. Maluda Baş məşqçi Vahid Halilhodziçlə mübahisə etdiyinə görə əsas heyətdən kənarlaşdırılmışdı.
 
Qeyd edək ki, təcrübəli futbolçu "Trabzonspor"da keçirdiyi 29 matçda 7 qol vurub.

Xəbər xətti