Sportal.az xəbər verir ki, "Cim-Bom" "Napoli"dən Blerim Dzemaili, Pandev və "Əskişəhərspor"dan Tarık Çamdalı ilə bu gün müqavilə bağlayacaq.
"Qalatasaray" transfer pəncərəsinin bağlanmasına bir gün qalmış 3 futbolçunun keçidini birdən həll edir. Artıq klubun rəsmi saytı da bu xəbəri təsdiqləyib.
"Aslan" Tarık Çamdalıya görə "Əskişəhərspor"a 4.5 milyon və gənc üzvü Umut Gündoğanı verəcək. Dzemaili və Pandevə görə isə "Napoli"yə 3.5 milyon avro ödəyəcək.
Hər üç futbolçu ilə bu gün müqavilə bağlanacaq.