Portuqaliya millisinin üzvü klubsuz qalıb

20:27 - 2 Sentyabr 2014

Huqo Almeyda Ərəbistana üz tutdu

“Beşiktaş”la yeni müqavilə bağlamayan Huqo Almeyda klubsuz qalıb. 

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin təklifini qəbul etməyən portuqaliyalı hücumçu Türkiyədə “Qalatasaray”la yanaşı bir cox klublarla danışıqlar aparıb. Lakin onlarla da ortaq məxrəcə gəlməyən Almeydanın karyerasını Fransanın “Lill” klubunda davam etdirəcəyi gözlənilirdi.

Fransızlar “Yanq Boyz”dan Freyi transfer etməklə portuqaliyalıdan vaz keçdilər. Avropada “transfer pncərəsi”nin bağlandığını görən Portuqaliya millisinin hücumçusu Ərəbistana üz tutmağa məcbur olub.   

Xəbər xətti