Paytaxt təmsilçisinin iki oyunu təxirə salındı

17:26 - 4 Sentyabr 2014

"Bakılı"nın oyunları ertələndi 
 
"Bakılı" klubunun dörd futbolçusu Azərbaycan çimərlik futbolu üzrə milli komandasının heyətində dünya çempionatının seçmə mərhələsində iştirak edəcəyi üçün klub birinci divizionda ilk iki turun görüşünün təxirə salınması ilə bağlı Peşəkar Futbol Liqasına müraciət edib.
 
Sportal.az xəbər verir ki,  yuxarıda qeyd olunanlar və yarışların əsasnaməsinin 3.16 bəndi nəzərə alınaraq birinci divizionda I turun “Bakılı” – “Rəvan” matçı 6 sentyabr tarixindən 29 sentyabr, II turun “Turan T” – “Bakılı” matçı isə 11 sentyabrdan 6 oktyabr tarixinə keçirilib. 

Xəbər xətti