"Hər kəsdən üzr istəyirik"
"İslandiyanın qələbə qazanacağını heç kəs gözləmirdi. Bu qarşılaşmada bizdə fərqlənə bilərdik. Uduzmağımızın səbəbi on nəfərlə oynamğımız deyil. Hava küləyli olduğundan oyunumuz alınmadı. Bu matça hazır deyildik. İslandiya layiqli qələbə qazandı. Rəqib bizdən daha güclü idi".
Sportal.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Fatih Terim "Avro-2016"nın seçmə mərhələsində İslandiyaya məğlub (0:3) olduqları görüşdən sonra deyib.
Terim məğlub olduqları üçün azarkeşlərdən üzr istəyib: "Biz yaxşı komandayıq, ancaq bu gün oyunumuz alınmadı. Hər kəsdən üzr istəyirik".