Tofiq Bəhrəmova ot örtüyü gəlib çıxdı

22:28 - 11 Sentyabr 2014

Respublika stadionunda yeni ot örtüyü

 

Tofiq Bəhramov adına Respublika stadionu üçün hazır ot örtüyü Bakıya gətirilib.

 

Sportal.az sportnet.az saytına əsasən xəbər verir ki, bu barədə stadionun direktoru Akif İsmayılov məlumat verib.

 

Onun sözlərinə görə, qazon Hollandiyadan 25-dək xüsusi təchizatlı maşınlara yüklənərək, Azərbaycana göndərilib. Artıq maşınların bir hissəsi ölkə ərazisinə daxil olub. Bütün maşınların gəlişindən sonra arenanın ot örtüyünün döşənməsinə başlanılacaq. Bu işi həyata keçirəcək xarici mütəxəssislər də artıq paytaxtımızdadırlar. 

 

İsmayılov bildirib ki, işlər tamamlandıqdan sonra - sentyabrın 16-da UEFA nümayəndəsi ot örtüyünün durumunu yoxlayacaq. Ertəsi gün "Qarabağ" və Fransanın "Sent-Etyen" klubları Avropa Liqasının qrup mərhələsinin ilk tur matçı öncəsi Respublika stadionunda məşqə çıxacaqlar. 

Xəbər xətti