"Çox çətin olacaq"
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sent-Etyen" klubunun məşqçisi Alen Blachon Azərbaycan Premyer Liqasının dünən keçirilən AZAL - "Qarabağ" oyununu (0:3) stadiondan izləyib.
Sportal.az-ın supersport.az saytına istinadən yaydığı xəbrə görə, 62 yaşlı mütəxəssis sentyabrın 18-də komandasnın “Qarabağ”la Bakıdakı oyunu barədə fikirlərini açıqlayıb. O bildirib ki, Azərbaycan klubu ilə qarşılaşma çətin olacaq:
"Qarabağ" çox yaxşı, güclü və təşkilatlanmış komandadır. Rəqibin heyətində səviyyəli əcnəbi futbolçuların da olduğunu qeyd etməliyəm. "Qarabağ" sürətli oyuna üstünlük verir. Futbolçular həm müdafiə, həm də hücumda inamlı təsir bağışlayır, düzgün qurulmuş startegiya əsasında oynayırlar. Digər tərəfdən, Bakıdakı oyunda stadion azarkeşlərlə dolu olacaq. Bütün bunları nəzərə alaraq bildirim ki, "Sent-Etyen"i "Qarabağ"la çox çətin oyun gözləyir" – deyə o qeyd edib.
saytlarin hazirlanmasi