Millimizin 3 üzvü oynadı, Türkiyə klubu yenə heç-heçə etdi

12:30 - 14 Sentyabr 2014

"Qaziantep BB"-dən ikinci bərabərlik  

 

Dünən Türkiyənin PTT Liqasında 2-ci turun 3 oyunu keçirilib. Sportal.az xəbər verir ki, 3 milli üzvümüzün çıxış etdiyi "Qaziantep BB" səfərdə "Kayserispor"la qarşılaşıb.

 

Qolsuz bərabərliklə sona çatan oyunda hər 3 futbolçumuz iştirak edib. Ufuk Budak 90 dəqiqə meydanda olub. Rəhman Hacıyev 62-ci dəqiqədə Məhəmməd Dəmirçinin, Vaqif Cavadov isə 89-cu dəqiqədə Sərtan Vardarın əvəzinə meydana daxil olub.

 

Qeyd edək ki, "Qaziantep BB" ilk turda da heç-heçə etmişdi. 1:1 hesabı ilə sona çatan "Boluspor"la matçda yeganə qola millimizin üzvü Vaqif Cavadov imza atmışdı.   

Xəbər xətti