"Sent-Etyen"in baş məşqçisi etiraf etdi: "Qarabağ" kiçik komanda deyil"

13:05 - 14 Sentyabr 2014

"Bizi səfərdə daha çətin qarşılaşma gözləyir"

 

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “Sent Etyen” klubunun baş məşqçisi Kristof Qaltye Fransa Liqasının 5-ci turunda “Kaen” üzərində qələbəni (1:0) şərh edərkən sentyabrın 18-də Bakıda “Qarabağ”la qarşılaşacaqları oyun haqda da danışıb.
 
Klubun saytının yaydığı xəbərə görə, komandasının ölkə çempionatındakı nəticələrindən razı qaldığını deyən 48 yaşlı mütəxəssis “Qarabağ”la oyunun daha çətin olacağını bildirib:
 
“Biz beş matçdan 10 xal toplamışıq. Bu, futbolçularımın cəsarəti və fədəkarlığı sayəsində olub. Ev oyunlarında qələbə seriyamızı davam etdiririk. Gələn həftə növbəti uğura can atacağıq. Ancaq bizi səfərdə daha çətin qarşılaşma gözləyir. Avroliqanın qrup mərhələsində qarşılaşacağımız “Qarabağ” kiçik komanda deyil. Bilirik ki, rəqibin stadionu azarkeşlərlə tam dolu olacaq. Biz də öz gücümüzə inanmalıyıq”.
 
Qeyd edək ki, “Qarabağ” – “Sent Etyen” oyunu sentyabrın 18-i, saat 21:00-da başlayacaq.

 

 

Mənbə: Qol.az

Xəbər xətti