“Silah gücüylə onu fikrindən daşındırası deyiləm ki?”

00:45 - 16 Sentyabr 2014

Uğur Boral baş məşqçidən şans gözləyir         
 
“Beşiktaş” klubunun təçrübəli oyunçularından biri sayılan Uğur Boral  açıqlaması ilə diqqəti çəkib.
 
Sportal.az xəbər verir ki, türkiyəli futbolçu “ağ-qaralar”ın əsas heyətində yer almadığını başa düşmür:
 
“Superliqada əsas rəqiblərimiz xal itirdilər. Bundan istifadə etmək lazım idi. Ancaq yenə də qələbə qazana bilmədik. Hətta məğıub da ola bilərdik. Milli komandanın düşərgəsində yaxşı təlim məşq toplanışı keçdik. Özümü yaxşı hiss edirəm. Baş məşqçidən şans gözləyirəm. Bu dəfə də istisna olmadı. Məşqlərdə əlimdən gələni edirəm ki, bəlkə nə vaxtsa baş məşqçi mənə inandı. Artıq söz tapa bilmirəm. Aldığım pulun haqqını ödəməliyəm. Biliçdən çox şey asılıdır. Silah gücüylə onu fikrindən daşındırası deyiləm ki?”  

Xəbər xətti