Beşiktaş büdrədi
"Çaykur Rizespor"la dünən keçirilən oyunda 1-1 hesabı ilə razılaşan meydan sahibi "Beşiktaş" klubunun baş məşqçisi açıqlama verib.
Sportal.az xəbər verir ki, 48-ci dəqiqədə geri düşən "Beşiktaş" 81-ci dəqiqədə Olcay Şahanın vurduğu qolla yekun nəticəni bəlli edib.
Oyundan sonra açıqlama verən "Qara Qartallar"ın baş məşqçisi Slaven Biliç bunları deyib : "Ot örtüyü yaxşı oyun sərgiləməyimizə mane olurdu. Demba Ba və Oğuzhanın olmaması hiss olunurdu komandada. Adi və gözlənilmədən bir qol buraxdıq.Amma rəqib komandanı öz oyununa görə alqışlayıram."
saytlarin hazirlanmasi