Türkiyə təmsilçisinə şad xəbər
Türkiyə çempionatında "Qaziantepspor"la qarşılaşacaq "Fənərbağça” zədəli futbolçulardan gələn xəbərlərə sevinib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas üzvlərindən sayılan Caner Erkin və Mehmet Topal zədələrini sağaldıblar. Onlar növbəti qarşılaşmada komandaya kömək edə biləcəklər.
Qeyd edək ki, Raul Meyreleş və Egemen Korkmaz isə komanda ilə birlikdə məşqlərə başlamayıb.
saytlarin hazirlanmasi