"Beşiktaş"da şok: hücumçu sıradan çıxıb

17:55 - 19 Sentyabr 2014

Futbolçu yaşıl meydanlardan uzaq qalacaq

 

"Beşiktaş"ın Avroliqada "Asteras"la qarşılaşmada zədələnən futbolçusu Mustafa Pektemek tibbi müayinədən keçib.

 

Sportal.az xəbər verir ki, futbolçunun əzələsində əzilmə aşkarlanıb. Futbolçu bir neçə müddət komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "Beşiktaş" hesabı açsa da, qonaqlar bərabərlik qolunu vura biliblər (1:1).

Xəbər xətti