Milli komandamızın sabiq üzvü 90 dəqiqə oynadı
Türkiyə PTT I Liqasında 3-cü turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, millimizin sabiq hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu "Manisaspor" doğma divarlar arsaında “Kayserispor”lu qəbul edib. Geridə qalan iki turda xal qazana bilməyən manisalılar bu dəfə qələbəni bayram ediblər. Branimir Subaşiçin komandası "Kayserisop" komandasını 2:1 hesabı ilə məğlub edib. Subaşiç yenə start heyətində yer alıb və matçı əvəzlənmədən başa vurub.
Qeyd edək ki, "Manisaspor" bu qələbə sayəsində turnir cədvəlində 12-ci pilləyə yüksəlib.
saytlarin hazirlanmasi