Türkiyə Superliqası: “Trabzonspor”u Kardoza xilas etdi, "Beşiktaş" qələbə qazandı

00:30 - 23 Sentyabr 2014

Qaradəniz təmsilçisi debütandan 1 xal qopara bildi 
 
Türkiyə Superliqasında 3-cü tura iki qarşılaşma ilə yekun vurulub.
 
Sportal.az xəbər verir ki, günün ilk oyunu debütant “Başakşehirspor”la iddialı“ Trabzonspor” arasında olub.
 
Avropa Liqasında uğurla çıxış edən qaradənizlilər hesabat turunda xal itiriblər. 47-ci dəqiqədə Viskanın qoluyla hesabda önə keçən “Basakşehirspor” komandası qələbəni son anda ələdn verib. Hakimin oyunun əsas vaxtına əlavə etdiyi dəqiqələrdə paraqvaylı hücumçu Oskar Kardoza “Trabzonspor”un xilaskarına çevrilib. 
 
 
“Başakspor” – “Trabzonspor”  1:1
Qollar: Viska, 47 – Oskar Kardoza , 90+3
 
 
"Bursaspor" - "Beşiktaş"  0:1
Qol:
Olcan Şahan, 86 

Xəbər xətti