Sağ cinah müdafiəçisindən şok açıqlama
Türkiyə çempionatının son turunda "Fənərbaxça" - "Qaziantepspor" matçında penalti verən hakimlə ulduz futbolçu Gökhan Gönülun ailəvi dost olduqlarına dair məlumatlar yayılmışdı.
Sportal.az xəbər verir ki, Türkiyə televiziyalarından birinə danışan "Fənərbaxça"nın futbolçusu Gökhan Gönül gəzən söz-söhbətlər haqqında belə deyib :
"Dediyiviz hakimin heç adını belə bilmirəm. Onunla nə vaxtsa salamlaşmağım belə yadıma gəlmir. BUrdan hərkəsə deyirəm, onun mənimlə dost olacağına dair kimdəsə sübüt varsa çıxsın desin. Mən həmin an meydana çıxmaram bir daha. Penalti epizoduna gəldikdə isə, fikrimcə orda qayda pozulmuşdu. Bu qayda pozuntusunu mənə eliyən Şenol da bunu oyun zamanı qəbul etdi. Ancaq oyun bitdikdən sonra kimlərəsə bunun əksini söyləyib."
saytlarin hazirlanmasi