"Dənizlispor" 9 nəfər qalan rəqibiylə bacarmadı
Türkiyə kubokunda birinci mərhələnin oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü - Rail Məlikovun şərəfini qoruduğu "Dənizlispor" da ilk sınağına çıxıb. Məlikovun komandası aşağı liqa təmsilçisi "Trabzon Akçaabat"ın qonağı olub.
Rail bu oyuna start heyətdə çıxıb və sonadək meydanda olub. Hətta futbolçumuz 49-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Qarşılaşmanın əsas vaxtında qol vurulmayıb. "Dinizlispor" komandası rəqibin iki futbolçusunun meydandan qovulmasından da yararlana bilməyib. Nəticədə,qarşılaşmanın qalibini penalti seriyası müəyyənləşdirib. 4:2 hesabıyla üstün olan aşağı liqa təmsilçisi qələbə qazanaraq, mərhələ adlayıb. "Dənizlispor" isə mübarizəni erkən dayandırıb.
saytlarin hazirlanmasi