Milli komandamızın sabiq üzvü əsas heyətdə yer almayıb
Türkiyə Kubokunda birinci mərhələnin oyunları keçirilib.
Sportal.az xəbər verir ki, milli komandamızın sabiq üzvü Branimir Subaşiçin forma geyindiyi "Manisaspor" da ilk sınağına çıxıb. Onun komandası "Çorum Belediyespor"un qonağı olub. Qarşılaşmanın ilk yarısında vurulan 4 qol qalibi müəyyənləşdirməyib - 2:2. İkinci hissədə və əlavə vaxtda da qol olmayınca, qalibi penaltilər müəyyənləşdirib. 4:3 hesabıyla üstün olan "Manisaspor" qələbə qazanaraq, mərhələ adlayıb.
Qeyd edək ki, Subaşiç bu oyunun 77-ci dəqiqəsində meydana çıxıb.
saytlarin hazirlanmasi