Argentina liqasında yumruq-təpik savaşı VİDEO

02:45 - 18 Oktyabr 2014

Hakim 12 futbolçuya qırmızı vərəqə göstərdi

 

Argentina birinci liqasında keçirilən “Deportivo Roca” – “Cipolletti” matçında qalmaqal baş verib.

 

Sportal.az xəbər verir ki, qonaqlar hesabda 1:0 irəlidə olarkən hakim qayda pozuntusunu qeydə alıb. Bu kobudluğa görə referi futbolçuya sarı vərəqə göstərib.

 

Hakimin qərarından narazı qalan oyuncular arasında mübahisə yaranıb. Referinin vərəqələri sağa-sola paylaması ortalğı daha da qarışdırıb. Belə ki, tərəflər arasında əməlli basil yumruq-təpik döüyüşü başlayıb. Ümumilikdə, 12 futbolçuya qırmızı vərəqə göstərən referi sonda oyunu dayandırıb. 

 

 

Xəbər xətti