"Arsenal" argentinalı hücumçunu hədəfə aldı

02:45 - 9 Dekabr 2014

Dibala "Palermo"yla müqaviləni yeniləyəcək?
 
Cari mövsüm “Palermo”da uğurlu oyunu ilə Paulo Dibala bir sıra klubların diqqətini özünə çəkə bilib.
 
Sportal.az xəbər verir ki, İngilətərənin “Arsenal” klubu qış fasiləsində argentinalı hücumçunu heyətinə qatmaqda maraqlıdır.  Ona görə də futbolçu müqaviləni yeniləmək üçün klub rıəhbərliyi danışıqlar aparmağı düşünür:
 
“Rəhbərliklə yeni müqavilə şərtlərini müzakirə edəcəyik. İnanırma ki, iümumi razılığa gələcəyik. Transfer qiymətim 40 milyon avrodur?  Açığı, pul haqda düşünmürəm. Mənim işim yaxşı oynayıb komandama kömək etməkdir. Hücumçu kimi üzərimə qol vurmaq vəzifəsi düşür. İşimin öhdəsindən gəlib-gələ bilmidiyimi isə baş məşqçi deyə bilər”

Xəbər xətti