Santa Kruz "Malaqa"dan ayrılacaq?

02:45 - 19 Dekabr 2014

Meksika klubundan paraqvaylı hücumçuya dəvət  
“Malaqa” klubunun paraqvaylı hücumçusu Roke Santa Kruz karyerasını Meksikada davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, 33 yaşlı futbolçunu “Krus Asul” komandası heyətinə qatmaq istəyir. Meksika təmsilçisi “Malaqa”yla 2016-cı ilə qədər müqaviləsi olan futbolçunun transfer hüququnu  qış fasiləsinə qədər almağa çalışır. Cari mövsüm 12 oyunda meydana çıxan təcrübəli forvard rəqib qapılarına 3 dəfə yol tapa bilib.     

Xəbər xətti