Süleyman Kərimov "Parma"nı da aldı

03:15 - 21 Dekabr 2014

Rusiyalı biznesmen klubun 40 faiz səhmlərinə yiyələndi   
 
“Parma” klubunun bir hissəsini rusiyalı iş adamı Süleyman Kərimov alıb.
 
Sportal.az xəbər verir ki, “Anji” klubunun sahibi İtaliya təmsilçisinin 40 faiz səhmlərinə sahib çıxıb. Ötən gün təqdinolunma mərasimində “Parma” klubunun yeni sahibinin adı açıqlanmalı idi. Lakin tədbirdə elan olunub ki, kluba müvəqqəti olaraq yeni prerzident Fabio Cordana rəhbərlik edəcək. “Parma”nın yeni prezidentinin adı gələn ilin mart ayında bəlli olacaq. İtaliya mətbuatı səhmlərin 40 faizinə yiyələnən Süleyman Kərimovun “Parma” klubuna rəhbərlik edəcəyini iddia edir.       

Xəbər xətti