Peres "yarasalar"la razılığa gəldi
“Benfika” klubunun yarımmüdafiəçisi Enço Peres karyerasını İspaniyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, argentinalı futbolçu yaxın günlərdə “Valensiya” klubu ilə 2019-cu ilə qədər müqavilə bağlayacaq.
Tərəflər arasında razılığa əsasən “yarasalar” cənubi amerikalının transferinə görə Portuqaliya klubuna 25 milyon avro ödəyəcək. Cari mövsüm “Benfika”nın heyətində 11 oyuna çıxan Peres 1 qol vurub.
saytlarin hazirlanmasi