Braziliya yımasının baş məşqçisi kimə səs verib?
Braziliya milli komandasının baş məşqçisi Karlos Dunqa dünyanın ən yaxşı oyunçusu sorğusunda hansı futbolçuya səs veridiyini açıqlayıb.
Sportal.az xəbər verir ki, beşqat dünya çempionlarının çalışdırıcısı öz həmvətəni Neymarı deyil, Kriştianu Ronaldonu ən yaxşı hesab edib:
“Neymara yox, Ronaldoya səs verdim. Çümki, portuqaliyalı futbolçu geridə qalan mövsümdə “Real” üçün çox şeylər etdi. Portuqaliya yığma komandası Ronaldonun qolları hesabına Braziliyada keçirilən dünyü çempionatının final mərhələsinə vəsiqə qazandı. Ona görə də, portuqaliyalı hücumçu dünyanın ən yaxşı oyunçusu adını qazanmağı haqq edir”.
saytlarin hazirlanmasi