"Qırmızılar" rəqibinə rəhm etmədi
	 
	İngiltərə Premyer Liqasında 19-cu turun oyunlarına yekun vurulub.
	 
	Sportal.az xəbər verir ki, hesabat tururnun son matıçında doğma azarkeşləri önündə "Suonsi" ilə üz-üzə gələn "Liverpul" rəqibinə qalib gəlib. 
	 
	Morenonun qoluyla ilk yarıdan minimal ev sahibləri üstünlüklə ayrılıblar. Fasilədən sonra Lallananın dublu və Şelveyin qapıları səhv salması "Liverpul"un böyük hesablı qələbəsinə yol açıb. .  
	 
	 
	“Liverpul” – “Suonsi”  4:1
	Qollar: Moreno, 33, Lallana, 51, 61, Şelvey, 69-öz qapısına - Siqurdson, 52
	 
	
	 
                      
saytlarin hazirlanmasi