Futbolçu İngiltərədə qaldı
"Mançester Siti" icarəyə götürdüyü yarımmüdafiəçi Frank Lempardla müqaviləni yeniləyib.
	Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın "Nyu-York Siti" klubuna məxsus futbolçusu mövsümün sonuna qədər İngiltərə təmsilçisində çıxış edəcək
	
	
	Qeyd edək ki, 36 yaşlı futbolçu “Mançester Siti”nin heyətində 14 oyuna çıxıb və 4 qola imza atıb.
     
                    