Futbolçu Amerika yolunda
ABŞ-ın "Los Angeles Qalaksi" klubu "Liverpul"dan ayrılacaq Stiven Cerarı heyətinə qatmağı planlaşdırır.
Sportal.az "Daily Mirror"a istinadən xəbər verir ki, ABŞ təmsilçisi ingilis yarımmüdafiəçi üçün 20 milyon funt-sterlinq ödəməyə hazırdır.
34 yaşlı təcrübəli futbolçu "Los Angeles Qalaksi"nin təklifini qəbul etsə həftəsinə 100 min funt qazanacaq.
Qeyd edək ki, daha öncə İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem "Los Angeles Qalaksi"də çıxış edib.