Komanda doğma meydanda məyus oldu
Portuqaliya ikinci liqasında 21-ci turun oyunları keçirilib.
	Sportal.az xəbər verir ki, Amit Quluzadənin çıxış etdiyi "Atletiko" da növbəti matçına çıxıb.
	
	Komanda doğma meydanda "Portimonense" ilə üz-üzə gəlib. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Amitin adı bu matçın da iştirak ərizəsinə salınmayıb.
	
	Qeyd edək ki, "Atletiko" turnir cədvəlində 22 xalla 20-ci pillədə qərarlaşıb.
     
                    