"Qarabağ"a qarşı oynamış futbolçu "Bayer"lə anlaşdı

02:15 - 7 Yanvar 2015

Braziliyalı müdafiəçi "Zalsburq"dan ayrılır
 
Çempionlar Liqasının ikinci mərhələsində “Zalsburq”un heyətində “Qarabağ”a qarşı oynamış Andre Ramalo karyerasını Almaniyada davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, 22 yaşlı mərkəz müdafiəçi ötən gün Leverkuzen “Bayer”i ilə müqavilə bağlayıb. Mövsümün sonunda Avstriya klubuyla müqaviləsi başa çatacaq braziliyalı futbolçunun yeni anlaşmasına görə 2019-cu ilə qədər “Bayer”in şərəfini qoruyacaq.     

Xəbər xətti