Futbolçu karyerasını yekunlaşdırdı
Rumıniya millisinin sabiq hücumçusu Adrian Mutu karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, bu məlumatı futbolçunun özü açıqlamasında söyləyib. 36 yaşlı təcrübəli hücumçu son olaraq "Petrolul" klubunun şərəfini qoruyub.
Qeyd edək ki, Mutu "İnter", "Çelsi", "Yuventus", "Fiorentina" və "Parma" kimi klublarda çıxış edib.