Yaya Ture rəqiblərini geridə qoydu
Afrikada 2014-cü ilin ən yaxşı futbolçusu bəlli olub.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fil Dişi Sahili və "Mançester Siti"nin yarımmüdafiəçisi Yaya Ture ötən ilin ən yaxşı futbolşusu seçilib.
31 yaşlı təcrübəli futbolçu artıq dördüncü dəfə bu mükafata layiq görülüb.
Qeyd edək ki, Yaya Ture bu mövsüm "Mançester Siti"də 26 matçda çıxıb və 9 qol vurub.