Türkiyəli mütəxəssis yanvarın sonunda işindən ayrılacaq
UEFA-nın vitse-prezidenti Şenes Erzik vəzifəsindən gedir.
Sportal.az xəbər verir ki, türkiyəli mütəxəssis Avropa Futbol qurumunda 34 illik işinə yanvarın sonunda xitam verəcək. 1982-ci ildən UEFA-da çalışan Şenes Erzik yaşıyla əlaqədar olaraq vəzifəsindən azad olunacaq. UEFA prezidenti Lennart Yuhonsa ardınca da Mişel Platiniylə birgə işləyən türkiyəli mütəxəssis qurumda söz sahuiblərindən biri idi. Şenes Erzik vəzifəsindəb getməsini belə izah edib:
“UEFA-da işləmək üçün bəlli yaş həddi var. Bu məsələyə mənim vaxtımda baxıldı. Onda belə qərara gəldik ki, qurumda şalışanlar müyyən yaş həddinə qədər işləyə bilər. Artıq mənim də vaxtım gəlib çatdı. İndi görürüəm ki, əvvəlki gücdə deyiləm. Ona görə də bu ayın sonunda işimdən azad olacağam”.
saytlarin hazirlanmasi