"Mançester Siti" müdafiəçisini Almaniyaya göndərir

18:45 - 12 Yanvar 2015

Gənc serbiyalı Almaniya yolunda

 

Almaniyanın "Şalke" klubu heyətini gücləndirir.

 

Sportal.az "Goal.com"a istinadən xəbər verir ki, komanda "Mançester Siti"nin futbolçusu Nastasiçi transfer edir. Artıq tərəflər arasında razılıq əldə olunub.

 

Almaniya təmsilçisi 21 yaşı müdafiəçini ilk öncə icarə əsasında heyətinə qatacaq. Klub daha sonra isə 13 milyon avro qarşılığında futbolçunu tam olaraq transfer edəcək.

 

Qeyd edək ki, "Mançester Siti"də əsas heyətə düşməkdə çətinlik çəkən Nastasiçin özü də, komandadan ayrılmağı düşünür.

Xəbər xətti