İlin məşqçisi: Yoahim Löv

22:20 - 12 Yanvar 2015

Löv Ançelotti və Simeoneni qabaqladı

 

2014-ci ilin ən yaxşı kişi və qadın komandasının məşqçisi açıqlanıb.

Sportal.az xəbər verir ki, bu gün İsveçrənin Surix şəhərində keçirilən səsvermədə Almaniya millisinin baş məşqçisi Yoahim Löv ötən ilin ən yaxşısı seçilib.

Y.Löv 2014-cü ildə Almaniya millisi ilə "DÇ-2014"u qazanıb.

Qadın futbolunda ötən ilin ən yaxşı baş məşqçisi "Volfsburq"un çalışdırıcısı Nadin Kessler olub. O, komandası ilə Almaniya liqası və Almaniya kubokunu qazanıb.

Xəbər xətti