Top daşıyan səmti dedi, qapıçı penaltini qaytardı VİDEO

02:15 - 13 Yanvar 2015

Çin yığmasının qolkiperi uşaqla məsləhətləşdi
 
Asiya Kubokunun qrup mərhələsində Çin və Səudiyyə Ərəbistanı yığma komandaları arasındakı qarşılaşmada maraqlı hadisə baş verib.
 
Sportal.az xəbər verir ki, 62-ci dəqiqədə ərəblər penalti vurmaq imkanı qazanıblar.
 
Hazazi penalti nöqtəsinə yaxınlaşanda çinli qolkiper qapının arxasında top daşayan uşaqlardan biriylə məsləhətləşir. Məhz bu dialoqdan sonra qapıçı rəqibin topu hansı səmtə vuracağını taparaq komandasını xilas edib. Matçın sonlarında fərqlənən Çin millisi qrupun ilk oyununda qələbə qazanıb.     
 
 

Xəbər xətti