Appia karyerasını yekunlaşdırdı
Qana millisinin və "Fənərbaxça"nın sabiq futbolçusu Stefan Appia karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, bu məlumatı futbolçunun özü açıqlamasında söyləyib. 34 yaşlı təcrübəli futbolçu son olaraq Serbiyanın "Voyvodina" klubunun şərəfini qoruyub.
Qeyd edək ki, Appia "Fənərbaxça" ilə yanaşı "Udineze", "Parma", "Yuventus" kimi klublarda çıxış edib.