"Əgər ciddi zədə almasam..."
"Bavariya"nın hollandiyalı ulduz futbolçusu Aryen Robben karyerası barədə maraqlı fikirlər səsləndirib.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi öz açıqlamasında bunları qeyd edib:
"Məndən hər kəs soruşur ki, karyeramı nə vaxt bitirirəm. Lakin mən bu barədə düşünmək belə istəmirəm. Özümü çox yaxşı hiss edirəm. Ona görə də, əgər ciddi bir zədə olmasa 1, 5 və ya da 10 il daha oynaya bilərəm. Qvardiolanın gəlişindən sonra özümü çox formada hiss edirəm. Buna görə də, baş məşqçimizə çox təşəkkür edirəm."
saytlarin hazirlanmasi